
"ABŞ təxribat və müstəmləkəçilik siyasəti aparır”.
GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, qeyd edib ki, ABŞ zəifləyən hegemonluğunu saxlamağa çalışır.
"ABŞ Ukraynadan öz maraqları üçün istifadə edir. Bayden administrasiyası yeni geosiyasi reallıqlara məhəl qoymur, Ukraynadan Rusiyaya qarşı canlı hədəf kimi istifadə edir. O, nəyin bahasına olursa-olsun zəifləmiş hegemonluğunu qorumağa çalışır. Bayden reallıqlara məhəl qoymur. ABŞ siyasətinin təxribatçı və müstəmləkəçi olduğu açıq-aydın görünür",-deyə Peskov əlavə edib.