SON DƏQİQƏ
» » Ceyhun Bayramov açıqladı: Ermənistan tərəfi ilə...

Ceyhun Bayramov açıqladı: Ermənistan tərəfi ilə...

Tarix:

15-12-2022, 20:45

/ 1 884 dəfə oxundu.
Ceyhun Bayramov açıqladı: Ermənistan tərəfi ilə...

Azərbaycanın təşəbbüsü ilə sülh sazişi üçün, - Azərbaycan Prezidenti bunu hələ 2021-ci ilin yanvarında qeyd edib, - beş baza prinsipi elan olunub. Bu sahə üzrə bütün təşəbbüslər ölkəmiz tərəfindən həyata keçirilib. Oktyabrın 2-də bu mövzu ilə bağlı danışıqlarda məhz Azərbaycan layihəsi üzrə işlərə başlanmışdı. Layihəni Azərbaycan tərəfi hazırlamışdı. Bütün təşəbbüslər bizim tərəfimizdən gəlib.

Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

"Həqiqət ondan ibarətdir ki, bundan sonra noyabrın 7-də Vaşinqtonda görüş keçirilib. Ondan iki həftə sonra Azərbaycan tərəfi özünün növbəti təklifini Ermənistan tərəfinə göndərib. Bizim aramızda ilkin ünsiyyət olub. İstisna deyil ki, bu ayın sonunadək başda Ermənistanın xarici işlər naziri olmaqla, Ermənistan nümayəndə heyəti ilə yenidən görüşüb danışıqlar aparmaq planlarımız var”, - deyə nazir qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ