SON DƏQİQƏ
» » Səfirimizdən Araikin müsahibəsinə sərt reaksiya

Səfirimizdən Araikin müsahibəsinə sərt reaksiya

Tarix:

8-12-2022, 12:10

/ 2 060 dəfə oxundu.
Səfirimizdən Araikin müsahibəsinə sərt reaksiya

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Frans-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin "rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

Diplomat bu barədə Tvitterdə yazıb.

"Dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin "Frans-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir. Bu, eyni zamanda Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, - L.Abdullayeva vurğulayıb.

скачать dle 12.1

Şərhlər