SON DƏQİQƏ
» » Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın Prezidenti seçilməsi Xalqa və dövlətə nə verdi?

Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın Prezidenti seçilməsi Xalqa və dövlətə nə verdi?

Tarix:

3-10-2022, 19:12

/ 2 673 dəfə oxundu.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın Prezidenti seçilməsi Xalqa və dövlətə nə verdi?

Bu gün İlham Əliyevin Füzuli rayonunda 27 sentyabr tarixli çıxışının əhəmiyyətinən bəhs etmək üçün daha əlverişli və qürurverici məqamdır. Ona görə ki, bu gün 3 oktyabr 2022-ci ildə- Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 29-u ildönümü günüdür. Bəs Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Azərbaycan Respublikaının Prezidenti seçilməsi Azərbaycan Xalqına və dövlətinə nə verdi?
Biz bu gün tam iftixar hissi ilə deyirik ki, əgər Heydər Əliyev 1993-cü ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsəydi, 44 Günlük İkinci Qarabağ Vətən Müharibəsində BÖYÜK TARİXİ QƏLƏBƏ əldə edilməyəcəkdi.
Bəs biz bu böyük və möhtəşəm QƏLƏBƏDƏN hansı nəticələri, tarixi nailiyyətləri əldə etmişik?
Bu suala 27.09.2022-ci ildə dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışında Azərbaycan Prezidenti öz çıxış zamanı cavab verib. Dövlətimizin başçısı deyib:"Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".
Daha sonra Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu, Azərbaycan xalqının bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovduğunu, bütün Azərbaycan xalqının birlik, iradə göstərdiyini, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün bizim azad edilmiş torpaqlarda qurub-yaratdığımızı, şəhərlərimizi, kəndlərimizi bərpa etdiyimizi və həm də şanlı Zəfərimizlə fəxr etdiyimizi bildirib. Prezident deyib:" Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq"....Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq".
Çıxışının sonunda prezident deyib:" Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".
Dövlt bəşçısı bir daha şəhidlərimizə rəhmət diləyərək onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.

QAFAR ƏLİYEV - YAP Qaradağ rayon təşkilatının  sədri            

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ