SON DƏQİQƏ

Nadir Qafarzadə ilə bağlı pis xəbər

Tarix:

11-07-2022, 12:29

/ 2 679 dəfə oxundu.
Nadir Qafarzadə ilə bağlı pis xəbər

Müğənni Nadir Qafarzadə ağır avtomobil qəzası keçirib.

Bu haqda sənətçi "Şourum” proqramına müsahibəsi zamanı bildirib.

İfaçı paytaxtdakı avtobuslardan birinin onun avtomobilini vurduğunu deyib.

"Sol yoldan sağa keçəndə avtobus gəldi və avtomobilimi arxadan vurdu. Maşınım yerində fırlandı. Həyat yoldaşım da, uşaqlar da qışqırmağa başladılar. Gördüm, avtomobilim xeyli ziyan çəkib. Amma şükür, uşaqlarıma heç nə olmadı.

Həyat yoldaşım çox qorxmuşdu. 3-4 gün sonra mənə polisdən zəng vurdular ki, cərimələnmisən. Getdim, avtobusun da cəriməsini ödədim”, – deyə müğənni qeyd edib./baku.ws/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ