SON DƏQİQƏ
» » Gecə klubunda yaralanan Aysel klub rəhbərliyini niyə polisə verdi?

Gecə klubunda yaralanan Aysel klub rəhbərliyini niyə polisə verdi?

Tarix:

2-06-2022, 14:33

/ 3 274 dəfə oxundu.
Gecə klubunda yaralanan Aysel klub rəhbərliyini niyə polisə verdi?

Bloger Aysel Şükürova gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edib.

Bloger bu barədə sosial media hesabında paylaşım edib.

O bildirib ki, partlayışda itirdiyi pullar və xəstəxana xərcləri qarşılanmayıb:

"Uzun müddətdir ki, "Medera” klinikasında müalicə alıram. Klub rəhbərliyi mənə dəymiş ziyanı geri qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi ödəyirlər. Təkcə mənim yox, digər zərərçəkənlərin də pulunu vermirlər. Mənə dedilər ki, 15 gün vaxt verin, amma artıq 1 ay keçib. Lazım olan yerlərə şikayət etmişəm. Ümid edirəm ki, layiq olan cəzalarını alacaqlar”.

Qeyd edək ki, Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Partlayış nəticəsində yaralananlardan biri də Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı, bloger Aysel Şükürova olmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ