SON DƏQİQƏ
» » "Eurovision 2022" mükafatı niyə satışa çıxarıldı?

"Eurovision 2022" mükafatı niyə satışa çıxarıldı?

Tarix:

25-05-2022, 16:50

/ 2 187 dəfə oxundu.
"Eurovision 2022" mükafatı niyə satışa çıxarıldı?

Stefania” mahnısı ilə "Eurovision 2022” qalibi olan Ukraynanın "Kaluş Orkestri” qrupu Ukrayna hərbçilərinə kömək etmək üçün mükafatlarını satmağa qərar verib. 

Xeyriyyə hərracına təkcə şüşə mükafat deyil, həm də qrupun solistinin vizit kartına çevrilən əfsanəvi çəhrayı panama papağı da çıxarılıb.

 

Şoumen və könüllü Sergey Pritula xeyriyyə auksionunda vasitəçi kimi çıxış edib. Belə ki, ianələr onun xeyriyyə fondunun hesabına köçürülür.

Panama papağı almaq üçün Sergiy Pritula Fondunun bank hesabına 5€ (200 qrivna) məbləğində giriş ianə etməlisiniz. İanənin miqdarı nə qədər çox olsa, qazanmaq şansı bir o qədər yüksəkdir. Püşkatma mayın 28-i saat 19:00-dək davam edəcək. Qalib təsadüfi seçimlə müəyyənləşəcək

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ