SON DƏQİQƏ

Emin Ağalarovdan JARA AÇIQLAMASI

Tarix:

8-04-2022, 20:51

/ 2 499 dəfə oxundu.
Emin Ağalarovdan JARA AÇIQLAMASI

Dünyadakı hazırkı vəziyyətə görə bu il Bakıda "Jara” festivalının keçirilməyəcəyini açıqlamaq məcburiyyətindəyik”.

Bunu Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, Bakının sakinləri və qonaqlar üçün tezliklə yeni məlumatlar veriləcək: 

 

"Amma nəzərə alsaq ki, "Sea Breeze Resort” bakılılar və Bakı şəhərinin qonaqları üçün sevimli məkan olub və qalmaqda davam edir, biz qonaqlarımızı məyus etməmək üçün əlimizdən gələni edəcəyik. Tezliklə xəbərlər üçün bizi izləyin”. 

 

Qeyd edək ki, daha əvvəl təşkilatçılar məlumat yaymışdılar ki, 25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən "Jara” beynəlxalq musiqi festivalının adı "Sea Breeze Summer Fest”ə dəyişdirilib. Adın dəyişdirilməsinin səbəbi açıqlanmayıb

скачать dle 12.1

Şərhlər