SON DƏQİQƏ
» » Nadir Ayanla olan görüntüsünə görə üzr istədi

Nadir Ayanla olan görüntüsünə görə üzr istədi

Tarix:

2-09-2021, 14:59

/ 4 503 dəfə oxundu.
Nadir Ayanla olan görüntüsünə görə üzr istədi

Ad günü məclisinə getdim, bir az içki qəbul etdim. Özümü elə aparmaq mənə yaraşmırdı. Hər zaman çalışmışam ki, insanlara nümunə olum. Düşünürəm ki, məni anlayarsınız. Bir də belə hallar olmayacaq”.

Bu sözləri müğənni Nadir Qafarzadə instaqramda paylaşdığı videomüraciətində deyib. Ayan Babakişiyeva ilə yayılan səmimi görüntülərindən danışan müğənni hər kəsdən üzr istəyib və məsələyə aydınlıq gətirib:

"Utanıram, xəcalət çəkirəm. Hər kəsin həyatında səhv olur. Bu da mənim səhvim idi. Böyük günah kimi boynuma yazmayın. Allah bağışlayandır, siz də məni əfv edərsiniz. Həmişəki kimi mənə qarşı müsbət fikirdə olun. Oldu, keçdi. Çox üzr istəyirəm, mənim kiməsə zərərim dəyməyib, qaydaları pozmamışam. Amma səhv etmişəm, bunu anlayıram. Bildirirəm ki, bu, son olacaq. Nəinki mənə, bu hərəkət heç kimə yaraşmır. Səhvimdir, qələtimdir. Xalqdan üzr istəmək məcburiyyətindəyəm. Mənə basqı etməyiblər, sadəcə içimdən gəldi”.

Məlumat üçün bildirək ki, Nadir Qafarzadənin həmkarını öpməsi və yaxınlıq etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Bundan sonra hər iki ulduz kadrları sosial media hesablarından silib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ