SON DƏQİQƏ

Məşhur müğənni Şuşaya gedəcək

Tarix:

10-07-2021, 09:44

/ 4 312 dəfə oxundu.
Məşhur müğənni Şuşaya gedəcək

Məşhur müğənni Sinan Akçıl yeni açıqlaması ilə gündəmə gəlib.
Qonaq olan sənətçi, Şuşaya gələrək "Sən daima yaşa Azərbaycan” mahnısını ifa edəcəyindən danışıb:
"Yaxın zamanlarda Azərbaycanın Türkiyədəki konsulluğu ilə əlaqə saxladım. Bütün planlar həyata keçirilir. O mahnını orada səsləndirəcəm. Bu sadəcə söz olaraq qalmayacaq.

Azərbaycanda bizə böyük sevgi var. "Bakıya gedib 3 qat pul qazanaram” kimi düşünən həmkarlarım var. Lakin mən o torpağı çox sevirəm. Orada insanların mənə qarşı çox səmimi duyğuları var. Çox qonaqpərvər insanlardır.

Qeyd edək ki, Sinan Akçıl Vətən müharibəsi zamanı sosial şəbəkə hesabında dəfələrlə Azərbaycana dəstəyini nümayiş etdirib.

скачать dle 12.1

Şərhlər