SON DƏQİQƏ

Miri Yusif insanlara çağırış etdi

Tarix:

16-06-2021, 11:05

/ 4 457 dəfə oxundu.
Miri Yusif insanlara çağırış etdi

Xalq artisti Miri Yusif sosial şəbəkədə yeni paylaşım edib.

Sənətçi "Instagram” hesabında video yayımlayaraq insanları peyvənd olunmağa səsləyib. Sənətçi yenidən normal həyata qayıtmağın yeganə yolunu vaksinasiya prosesində aktiv iştirakda görür:

"Bilirəm ki, hamınız kütləvi tədbirlər üçün darıxmısınız. Məsələn, futbolu stadiondan izləmək, ailəvi teatra yaxud da kinoya getmək, xalqımızın gözəl toy kimi adətində iştirak etmək, sevdiyiniz ifaçının konsertinə bilet alıb onu ən gözəl musiqi zallarında dinləmək və başqa bu kimi istəkləriniz var.

Mən də bir sənətçi kimi sizlər üçün çox darıxmışam. Bu intizara son qoyulmasının yeganə çıxış yolu isə vaksinasiyadır.

Bu prosesdə birlikdə iştirak etsək, COVID-19-a qalib gələ bilərik. Peyvənd olunaq və darıxdığımız həyatı qaytaraq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ