SON DƏQİQƏ
» » Ebru Gündəş səhnəyə çıxmaqdan niyə imtina etdi?

Ebru Gündəş səhnəyə çıxmaqdan niyə imtina etdi?

Tarix:

7-06-2021, 17:09

/ 4 610 dəfə oxundu.
Ebru Gündəş səhnəyə çıxmaqdan niyə imtina etdi?

Türkiyəli müğənni Ebru Gündəş maraqlı addımı ilə diqqət çəkib.

Sənətçi ona qonararı ödənilən Bodrumda keçiriləcək toyda səhnəyə çıxmaqdan imtina edib.

Buna səbəb Ebrunun musiqi sektoruna tətbiq edilən sərt karantin qaydalarının aradan qaldırılmaması səbəbilə maddi rifahı pisləşən həmkarlarına dəstək nümayiş etdirməsi olub.

İfaçı "Digər həmkarlarım səhnəyə çıxmadığı vaxtda mənim səhnədə olmağım düzgün alınmaz"- deyə, açıqlama verib.

Xatırladaq ki, Türkiyədə bir çox sahələrdə karantin qaydaları yumşaldılsa da, sənətçilər və musiqi sektoru diqqətdən kənar qalıb.

Məşhurlar buna etiraz olaraq sosial şəbəkə hesablarında müxtəlif paylaşımlar edərək, öz etirazlarını bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ