Müğənni Samir Cavadzadənin Nura Suriya qarşı qəzəbi hələ də davam edir.
Gunaz.az xəbər verir ki, Samir “Hər şey daxil” verilişində küsülülüklərinin uzun zaman öncə başladığını bildirib:
“Nə qalmaqal edirəm, nə hesabat verirəm. Nura dedi ki, “Anasına belə zəng etmir”. İnsan necə anasına zəng etməz ki? Uşaq deyiləm, hər dəfə mənə nəsə deyiləndə bağışlayıram. Samir heç kimin xətrinə dəymir, hər dəfə susur. Mən dəmir deyiləm, axırda mən də cavab verirəm. Nura vasitəsiylə dostlarımın hamısına sözümü deyirəm. Biriylə duet oxumaq istəyirəm, o birinin xoşuna gəlmir. Nə qədər adamla duet oxuyursunuz, mən sizə nəsə deyirəm? Mənim yanımda ərk etməyin. Günahım varsa, üzr istəməyi bacarıram. Fikirləşin ki, harada nə deyib, xətrimə dəymisiniz. Niyə sizi itirib-axtarmıram”.
Qeyd edək ki, Nura "ATV maqazin onlarla" verilişində Samirdən küsdüyünü açıqlamışdı.