SON DƏQİQƏ
» » Vida və göz yaşı- Əkizlər Xəzər TV-dən belə getdi

Vida və göz yaşı- Əkizlər Xəzər TV-dən belə getdi

Tarix:

2-02-2018, 13:59

/ 1 954 dəfə oxundu.
Vida və göz yaşı- Əkizlər Xəzər TV-dən belə getdi

Bu gün Xəzər TV-nin efirində yayımlanan “Hər şey daxil” verilişinin 4 ildir aparıcılar olan əkiz bacılar üçün son efir günü idi. Müğənnilər canlı yayımdan göz yaşları ilə vidalaşıblar.

Bir müddət öncə əkiz bacılarla eyni verilişdə aparıcılıq etməyə başlaya prodüser Tarix Əliyev məsələ ilə bağlı bunları deyib:

“Arada gəzən insanlar adamı ya yaxşı ya da pis edir. Bilirsiniz ki, Sevil və Sevinc bu gün sonuncu dəfədir ki, veriliş aparırlar. Onlar öz xoşları ilə buradan ayrılırlar. Mən buraya “Xəzər” TV-nin rəhbərliyi tərəfindən gəlmişəmsə deməli etimadı doğrultmalıyam.

Özümü bir az günahkar hiss etdim. Mənə elə gəlir ki, əgər buraya gəlməsəydim siz də getməzdiniz.

Bu qızlarla 2 ildir dostam. Ən pis günlərində belə yanlarında olmuşam. Allah analarına can sağlığı versin. Ataları rəhmətə gedəndə ilk mənə zəng etmişdilər. Onlar mənim üçün bacıdırlar. Hətta yaşadığım binada və bağımın yanında ev alıblar”.

Proqram başlayandan kefsiz görünən əkiz bacılar verilişdən uzaqlaşmaları haqda bunları deyiblər:

“Kədərlənmirəm, bilirsiniz niyə? Çünki 3 il yarım az müddət deyil. Bu gün öz doğma evimizi doğma insanımıza qoyub gedirik”.

 

Vida və göz yaşı- Əkizlər Xəzər TV-dən belə getdi

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ