Əməkdar artist Lalə Məmmədova həmkarı Fədayə Laçının həbs olunması xəbərinə münasibət bildirib.
Gunaz.az xəbər verir ki, sənətçi özünün İnstaqram səhifəsində müğənninin fotosunu paylaşaraq bildirib ki, Fədayə saf sevginin qurbanı olub:
“Ehhh...Təmiz qəlbli, saf Fədayəm mənim. Bir bilsən, necə pisəm...Əzizlərim, heç vaxt, heç kəsi qınamayın. Sabah başımız gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki il dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Son çıxan xəbərlərlə bağlı yalnız bunu deyəcəm: Fədayə saf sevginin qurbanı oldu. Onun bacısı və anasının halını anlayıram. Allah səbr versin. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramıza qayıdacaqsan”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb.
Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilir.