SON DƏQİQƏ

"Cennet mahallesi"nin aktyoru vəfat etdi

Tarix:

6-07-2026, 09:19

/ 2 392 dəfə oxundu.
"Cennet mahallesi"nin aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyorlarından Zihni Göktay 80 yaşında vəfat edib.
GunAz.az  xəbər verir ki, sənətçinin qızı Zeynep Göktay Dilbaz atasının vəfatı barədə sosial media hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, ilin əvvəlində Ankarada qastrol səfərində ombası sındıqdan sonra aktyroun səhhətindəki problemlər artıb. Buna baxmayaraq, o, həyat həvəsini, ətraf mühitə olan marağını və səhnəyə qayıdıb sevimli tamaşaçıları ilə yenidən görüşmək ümidini sona qədər itirməyib.
"Bu müddət ərzində atamıza maraq göstərən, zəng edən və yanında olan hər kəsə ürəkdən minnətdarıq", - deyə sənətçinin qızı qeyd edib.
Türkiyə teatrında improvizasiya ənənəsinin son nümayəndələrindən biri hesab edilən Zihni Göktay 28 il "Lüks Həyat" tamaşasında rol alıb. Sənətkar 36 il ərzində ümumilikdə 72 tamaşada çıxış etsə də, "Cennet mahallesi" və "Bizimkiler" kimi seriallarındakı obrazları ilə də yadda qalıb
скачать dle 12.1

Şərhlər