![Eltonun şikayətindən sonra nazirlik bunu etdi](/uploads/posts/2024-12/medium/1733142116_mg_5054.jpeg)
Müğənni Elton Hüseynəliyev bir müddət əvvəl konsert afişasının şəhərin mərkəzində yerləşdirildiyi yerdən şikayət etmişdi.
GunAz.az xəbər verir ki, ifaçı konsert anonsunun aşağıdan vurulub, Yulduz Usmanovanınkının isə yuxarıdan yerləşdirilməsinə etiraz edib.
Bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət edən Elton "Mədəniyyət Nazirliyindən xahiş edirəm ki, icazə versinlər afişam bir az yuxarı asılsın. Hər halda Usmanovadan geri qalan ifaçı deyiləm. Bəlkə bir də konsert vermədim" sözlərini deyib.
Bundan sonra müğəninin konsert afişası daha böyük formada və yuxarı hissədən yerləşdirilib.