
Xalq artisti Zülfiyyə Xanbabayevanın ad günü olub.
GunAz.az xəbər verir ki, sənət dostları müğənniyə sürpriz ediblər. Belə ki, Xalq artisti Röya Ayxan, müğənnilər Murad Arif və Eldar Qasımov “Səs Azərbaycan 2025” layihəsinin çəkilişi zamanı Xanbabayeva üçün tort gətiriblər.
Həmin görüntüləri ifaçılar sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, Z.Xanbabayeva, R.Ayxan, E.Qasımov, M.Arif sözügedən yarışmada münsif kürsüsündə oturub.






























