Müğənni Roza Zərgərlinin “Milli mashup”a çəkdirdiyi klipi yutubdan silinib.
GunAz.az xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat yayıb.
"Son təqdim etdiyimiz mahnı hit olduğu üçün çox sağ olun ki, əlinizdən gələni etdiniz. Kanalımıza spam atdınız, şikayət etdiniz və klip silindi. Siz belə etdikcə, mən qızışıram. Çünki qırmızı görürəm. Sizə bu, lazımdır? Roza qan görəndə qorxmur, əksinə qızışır".