
"Avroviziya" təmsilçilərimizdən olan Səfurə Əliyeva izləyicilərinin suallarını cavablandırıb.
GunAz.az xəbər verir ki, uzun müddətdir Bakıda olan ifaçı bununla bağlı yazılanlara "Hələ bilmirəm" reaksiyasını verib.
Müğənnilikdən uzaqlaşdığını yazanlara isə Səfurə "Sənətimi tərk etmədim. İstəsəm də tərk edə bilmərəm. Yeni mahnı gəlir" cavabını verib.
Formada qalmasından danışan Safurə "Yəqin genetikadandır. Amma çalışıram sağlam qidalanım. Yağlı, xəmir, şəkər yemirəm. O zaman dərim də gözəl olur. İdmanla əşğul oluram" yazaraq, sirrlərini bölüşüb.





























