
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tənqidlərə cavab verib.
GunAz.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun izləyicisinə ev verəcəyi yarışını parodiya edən musiqiçini sosil şəbəkədə qınayıblar.
Hüseyn “@axsamaz” instsqram səhifəsində şərhlərə reaksiya verərək “Bunu ona görə çəkmişəm ki, gözü doymayan imkanlılar da paylaşır. Qoy, bu ev hansısa imkanı olmayana qismət olsun da… Allah gözünüzü doydursun, amin” sözərini yazıb.






























