SON DƏQİQƏ

"Onsuz harasa gedə bilmərəm"

Tarix:

11-05-2024, 18:36

/ 3 531 dəfə oxundu.
"Onsuz harasa gedə bilmərəm"

"Övladım hardadısa, gəzintim odur. Onsuz harasa getmək mənlik deyil. Ancaq işlə bağlı gedirəm. Heç bir istirahətimi onsuz təsəvvür etmirəm".
GunAz.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Günaylı gün" verilişində deyib. Sənətçi qızı Sahilə ilə getdiyi Bali istirahətindən danışıb. 
"Dost qədri bilənəm, amma qədrimi bilməyəni silirəm. Dünya iki günlükdür, yaxşı və mərd yaşamaq lazımdır. Hər şey zamanından tez yaşandı, yaşımdan çox anlayıram" deyə, Gülay əlavə edib. 
İfaçı bildirib ki, məşhurlaşandan sonra insanlar onun adını övladlarına qoyub:
"Sənətə təzə gələndə kimsə adımı soruşurdu. Deyirdim, amma anlamırdılar, çoxu Günay deyirdi. İndi isə hər yerdə Gülay adı məşhur olub. Hətta çoxu deyir ki, sizdən sonra qızıma Gülay adını qoymuşam".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ