SON DƏQİQƏ
» » "Deputat olacağımı düşünüb, namizədliklərini geri çəkmişdilər"

"Deputat olacağımı düşünüb, namizədliklərini geri çəkmişdilər"

Tarix:

2-04-2024, 20:00

/ 1 804 dəfə oxundu.
"Deputat olacağımı düşünüb, namizədliklərini geri çəkmişdilər"

Xalq artisti Afaq Bəşirqızı deputat olmaq istəməsi ilə bağlı iddialara cavab verib.
GunAz.az xəbər verir ki, aktrisa bu haqda "Künc-bucaq" yutub layihəsində danışıb. O bildirib ki, heç vaxt deputat olmaq fikrində olmayıb:
"Deputat olmağa çox böyük şansım var idi. Bir dairəyə söhbət yayılmışdı ki, namizədliyini buradan verəcək. Namizədliyini həmin dairəyə vermək istəyən şəxslər bu addımlarından geri çəkilmişdilər. Onlar kifayət qədər savadlı və iş bacaran şəxslər idilər. Onlar bilirdilər ki, mən namizədliyimi verdimsə, qalib olacağam.
Hər kəs öz yerini tanımalıdır. Dəfələrlə demişəm və yenə də deyəcəyəm: sənətimə olan hörmət mənə çox böyük şanslar verib. İndi onu ehtiyacı olan insanlar üçün xərcləyirəm. Yəni iş, ev və sairə problemlərə görə... Sağ olsunlar, hamısına şamil etmirəm, o kresloda oturan bəzi igid oğullar ki, onlar sənətkarı başa düşürlər. Sənətkar ona zəng edibsə, özü üçün deyil, Məmməd, Əli, Pirvəli üçün zəng edib. Onlar mənim xahişimi yerə salmırlar. Bu da mənim vətəndaşa hörmətimdir. Bununla da fəxr edirəm".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ