SON DƏQİQƏ
» » Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”

Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”

Tarix:

26-03-2024, 19:03

/ 2 220 dəfə oxundu.
Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”

“Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim “Təhminə” obrazıdır. Özümü “Təhminə” obrazında görürəm. Onu qınamıram”.
GunAz.az yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva verilişlərin birində deyib.
Sənətçi Anar Ağakişiyevin: “Sən o filmi yenidən ərsəyə gətir, rejissor da olsun Kənan MM”, - ifadələrinə diqqətçəkən cavab verib:
“Məncə, Kənan MM “Təhminə” filmini çəkə bilməz. O filmin çox böyük məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il bundan öncə “Təhminə və Zaur” serialı çəkildi. O obraza məni dəvət etdilər, getmədim. Çünki yaxşı alınmayacağını bilirdim.
O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm”, - deyə Abıyeva bildirib.Olay.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ