SON DƏQİQƏ

Xalq artisti Mübariz Tağıyevin doğum günüdür

Tarix:

31-01-2024, 12:46

/ 4 801 dəfə oxundu.
Xalq artisti Mübariz Tağıyevin doğum günüdür

Bu gün Xalq artisti Mübariz Tağıyevin 76 yaşı tamam olur.

Müğənni 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub.
İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı kimi üzgüçülüklə məşğul olub.
Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 
1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Atası Hüseyn Tağıyev musiqiçi, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə “Sovet Ermənistanı” qəzetində jurnalist vəzifəsində işləyib.
Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.
скачать dle 12.1

Şərhlər