SON DƏQİQƏ

"Elariz oğlunun toyunu məndən gizlətmişdi"

Tarix:

11-12-2023, 21:58

/ 3 974 dəfə oxundu.
"Elariz oğlunun toyunu məndən gizlətmişdi"

Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu övladı Məmmədə İstanbulda toy edib. 
Axşam.az xəbər verir ki, Azərbaycanda məclisə dəvət olunan müğənni Arzu Rzayev həmkarının oğlunun toyunun olduğunu son məqamda bildiyini açıqlayıb. Bu barədə ifaçı "Xəzər axşamı" verilişində danışıb:
"Elarizin oğlunun toyunun olacağını bilmirdim. Musiqiçilərlə birlikdə təyyarə biletlərimizi almışdı. Çünki bu işdə siyasət var. Bir neçə qohumlarının toyunu idarə etmişəm. Dedi, yaxın adamlarımızdır, istəyirlər ki, məclisi sən idarə edəsən. Oteli də bron etmişdi. Oteldən içəri girəndə gördüm ki, Elariz öz şəxsi heyəti ilə orada dayanıb. Sual verdim ki, sən də gəlmisən? Cavab olaraq dedi ki, istəyirdim səndən gizlədim, oğlum Məmmədin toyudur".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ