SON DƏQİQƏ

Rəşad Dağlı yenidən dindirildi

Tarix:

23-11-2023, 12:36

/ 2 040 dəfə oxundu.
Rəşad Dağlı yenidən dindirildi

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi məlumat yayılıb. 

O, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər bir il əvvələ aiddir. Meyxanaçı, eyni zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.
Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ