SON DƏQİQƏ
» » Cavanşir Məmmədov aparıcılarla dalaşdı - VİDEO

Cavanşir Məmmədov aparıcılarla dalaşdı - VİDEO

Tarix:

21-11-2023, 23:38

/ 3 661 dəfə oxundu.
Cavanşir Məmmədov aparıcılarla dalaşdı - VİDEO

ATV-də yayımlanan “Rəngarəng səhər” verilişində Əməkdar artist Cavanşir Məmmədovla aparıcılar Zaur Nəbioğlu və Aysel Novruzova arasında mübahisə düşüb. 
Buna səbəb aparıcıların müğənninin sözünü kəsməsi olub. Əsəbiləşən ifaçı ona ünvanlanan suallara hirslənərək, bunları deyib:
“Aparıcı qonağın sözünü kəsməz. Qoymursunuz danışmağa, düşmüsünüz üstümə. Deyirsiniz ki, niyə Firuzə İbadovanın pulunu kəsirsiniz. Əcəb edirəm. 53 ildə nə qədər aparıcı görmüşəm, sakit qulaq asın. İndi aparıcı mənəm”.
C.Məmmədov sənət adamlarının yüksək qonorarla toya getməsi məsələsinə münasibət bildirib:
“Kim nə qonorar alır özü bilər. Burada hoqqa verməyin və bizi bir-birimizlə qarşı-qarşıya qoymayın. Kiminsə pulunu kəssəydim, bir də onlar mənimlə toya getməzdi. Toya 10 minə getmirəm, 3-4 minə getmişəm. Bu pulu 16 insan arasında böləndə hamıya nə qədər düşməlidir?”
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ