SON DƏQİQƏ

Nicatın vəziyyəti necədir? - Dostu danışdı

Tarix:

15-08-2023, 10:43

/ 1 573 dəfə oxundu.
Nicatın vəziyyəti necədir? - Dostu danışdı

Tanınmış bloger "Nikosayağı" adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.

Hadisə ilə bağlı onun dostu Ramil Qasımov məlumat verib.

O, Nicatın əməliyyat olunduğunu bildirib:

"Kim nə gəldi danışır... Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.

İndi reanimasiyadadır. Həkim deyir ki, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.

Hadisə zamanı Nicat ancaq su istəyirdi, "su verin deyirdi"... Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi...".
скачать dle 12.1

Şərhlər