SON DƏQİQƏ
» » "Haqqımı tələb etdim, qeyri-adi nəsə istəmədim"

"Haqqımı tələb etdim, qeyri-adi nəsə istəmədim"

Tarix:

20-05-2023, 14:25

/ 1 647 dəfə oxundu.
"Haqqımı tələb etdim, qeyri-adi nəsə istəmədim"

Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyeva çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevdən şikayət edib.

Sənətçi "Günaydın, Azərbaycan" verilişində açıqlamasına aydınlıq gətirib. O bildirib ki, dediklərindən peşman deyil:

"Hər şey olduğu kimi qalır. Haqqımı tələb etmişəm. Qeyri-adi bir şey istəmədim. Sənətim, istedadım göz önündədir. Əvvəl-axır bunu deməli idim. İstedadı Allah verir. Bəndə istedadın qarşısını kəsə bilməz". 

Qeyd edək ki, Ü.Əliyeva Ə.Lalayevin onun Prezident mükafatı və fəxri ad almasına imkan vermədiyini deyib//axşam.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ