Məşhur rusiyalı modelyer Slava Zaitsev (Vyaçeslav Mixayloviç) vəfat edib.
Modelyer ötən gün 85 yaşında Moskvada xəstəxanada dünyasını dəyişib.
Parkinson xəstəliyindən əziyyət çəkən Slava mədəsində qanaxma ilə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Teleaparıcı Hacı Nuran Slava Zaitsevlə arxiv fotosunu paylaşaraq başsağlı verib.