SON DƏQİQƏ

Ledi Qaqa gecəyə elə bir geyimdə gəldi ki...

Tarix:

13-03-2023, 15:04

/ 3 129 dəfə oxundu.
Ledi Qaqa gecəyə elə bir geyimdə gəldi ki...

Dünən Los-Ancelesdə keçirilən "Oskar" mükafatlandırma mərasimində qaliblərin adı açıqlansa da, tədbirdən foto və yeni xəbərlər gəlməyə davam edir.

Xüsusilə müğənni Ledi Qaqa "Versace" moda evinin ən son kolleksiyasından seçdiyi libası ilə gündəm olub. Krujeva korsetli və qara rəngli geyimin ətəyi uzun olsa da, müğənni arxaya çevriləndə məlum olub ki, omba hissəsində qeyri-adi dekoltesi var.

Ən maraqlısı odur ki, ulduz, mərasimin keçirildiyi zala daxil olarkən onu çəkmək istəyən fotoqraf yıxılıb. Bunu görən ulduz ona yardım edib.

Tədbirin davamında isə ulduz həm geyimini dəyişib, həm də makiyajını silib və tamam başqa bir obrazda səhnəyə çıxıb. Ledi Qaqa səhnədə "Top Gun: Maverick" filminin saundtreki olan "Hold My Hand" mahnısını ifa edib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ