SON DƏQİQƏ

Pərvin 650 minlik maşınından danışdı

Tarix:

6-03-2023, 17:48

/ 2 163 dəfə oxundu.
Pərvin 650 minlik maşınından danışdı

Kimsə düşünür ki, nəyisə paylaşanda, göstərəndə, deyir ki, nəzərdən qorxuram. Mən isə bədnəzərdən güclənirəm. Deyirəm, əcəb edirəm. Maşın alandan sonra elə bil düşmənim daha çox artdı”.

Bu sözləri "MTV Magazin”ə açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. 650 minlik avtomobilindən danışan Pərvin söyləyib ki, hələ də maşın üçün ödəniş edir:

"Allah mənə verdiyindən ətrafımdakılara qat-qat çoxunu versin ki, mənimkində, az varımda gözləri olmasın. Bədnəzərdən qorxmuram. Amma insanların dilinə düşməyi sevmirəm. Bu məsələdə də nömrə birəm. Maşını nağd almamışam, pulunu verib bitirməmişəm. Sevdiyim avtomobildir, hər nədirsə, mənimdir. Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm. Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Mən rüşvət verməmişəm, tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ