SON DƏQİQƏ

Qara üzümün inanılmaz faydaları

Tarix:

27-08-2022, 13:59

/ 2 780 dəfə oxundu.
Qara üzümün inanılmaz faydaları

Qara üzümün qabığında elə bir maddə var ki, o, bәdәndә xәrçәngin hüceyrələrinin yaranmasının qarşısını alır.

Qədim Romada qara üzümü gözәllik iksiri, beynin əsas qidası, həmçinin arıqlamaq üçün ən faydalı məhsul hesab edirdilər.

Kardioloqlar bu qənaətə gəliblər ki, qara üzüm orqanizmə aspirin kimi təsiredici effektə malikdir. O, qanı durulaşdırır və insanları ürәk xәstәliklәrinə tutulmaqdan qoruyur.

 

Qara ciyәrin vә qanazlığının müalicәsindә istifadə olunan qara üzümün tərkibindəki meyvә turşuları, lifli quruluşlar mәdәyә zәrәr vermәdәn böyrәklərin vә bağırsaq traktının nizamlı işini tәmin edir, həmçinin qanın durulmasına və tәmizlәnmәsinә yardım göstərir.

Günortadan sonra yeyilәn bir salxım qara üzüm vә bir stәkan tәzә sıxılmış üzümün şirəsi həm bәdәni, həm də beyin hüceyrәlәrini gümrahlaşdırır.

Yapon alimlərinin tədqiqatlarına görə, 1 kiloqram üzüm 1150 qram süd, 390 qram әt, 300 qram çörәk vә 1200 qram kartofa ekvivalentdir. Bu üzümün tərkibindəki amin turşuları, B vitaminlәri (B1, B2), minerallar, kalium, maqnezium vә dәmir bədənin tonusunu saxlayır, onun immun sistemini güctlәndirir.

Sərin halda yeyilməsi məsləhət görülən qara üzümün tәrkibindәki tәbii fruktoz bәdәnin xərclədiyi enerjinin qısa müddәtdә bәrpasını təmin edir, maqnezium isə insanın gücünü, yəni əmək mәhsuldarlığını artırır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ