SON DƏQİQƏ
» » İnsanı xərçəngdən qoruyan avqust giləmeyvələri

İnsanı xərçəngdən qoruyan avqust giləmeyvələri

Tarix:

11-08-2022, 08:21

/ 1 342 dəfə oxundu.
İnsanı xərçəngdən qoruyan avqust giləmeyvələri

Avqust giləmeyvələri insanları xərçəng və sonsuzluqdan qoruyur.

Bu barədə rusiyalı diyetoloq və nutrisioloq Zoya Boqdanova giləmeyvələrin faydalı xüsusiyyətlərindən danışarkən bildirib.

 

Onun sözlərinə görə, bu mənada qaragilə, cır mərsin, qara qarağat, moruq və motmotu xüsusi diqqətə layiqdir.

Həkim qaragilə və cır mərsinin hormonal fonu yaxşılaşdırmağa kömək etdiyini, hətta xərçəngin qarşısını aldığını deyib. O, həmçinin bu giləmeyvələrin hətta diabet xəstələri üçün də faydalı olduğunu vurğulayıb.

"Onlar orqanizmin detoksikasiyasına, qan damarlarının, bağırsaqların təmizlənməsinə kömək edir, metabolik proseslərə böyük təsir göstərir, hətta qismən hormonal fonu yaxşılaşdırır və xərçəngin profilaktikası üçün istifadə edilə bilər”, - deyə mütəxəssis izah edib.

Boqdanova vurğulayıb ki, çox miqdarda vitaminlərə malik moruq isə soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilə bilər; tərlədici və antibakterial xüsusiyyətlərinə görə başağrılarını, titrətməni aradan qaldırır.

"Şərqdə moruq sonsuzluğun dərmanı hesab olunur”, - deyə Zoya Boqdanova əlavə edib.

Həmçinin, moruq orqanizmi daha aktiv işlədir, yağları yandırır. Dietoloq bununla belə, iştahartırıcı xüsusiyyətinə görə çəkisinə nəzarət edən insanların bu giləmeyvələrdən ehtiyatla istifadəsini tövsiyə edib.

Nutrisioloq qara qarağatın C vitamini, manqan, gümüş, kükürd və qurğuşunla zəngin olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu giləmeyvə boğazda, mədədə və bağırsaqda iltihabı aradan qaldırmağa kömək edir, həmçinin insanı gümrahlaşdırır, gücünu bərpa edir

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ