SON DƏQİQƏ
» » Xərçəng xəstəliyinin qarşısını necə almaq olar?

Xərçəng xəstəliyinin qarşısını necə almaq olar?

Tarix:

5-05-2022, 08:16

/ 1 816 dəfə oxundu.
Xərçəng xəstəliyinin qarşısını necə almaq olar?

Vitaminlər, omeqa-3 və idman ölümcül xəstəliyin qarşısını necə alır? Alimlərin fikrincə, vitamin D, omeqa-3 yağ turşuları və idman xərçəng riskini azaldır.

İsveçrə, ABŞ, Fransa və Almaniyadan olan beynəlxalq alimlər qrupunun apardığı araşdırma nəticəsində yüksək dozada D vitamini, omeqa-3 yağ turşuları və idmanın kombinasiyası 70 və daha yuxarı yaşda olan insanlarda hər növ xərçəngə tutulma şansını iki dəfədən çox azalda bilər. İki mindən çox insanın iştirak etdiyi üç illik tədqiqatın təfərrüatları "Frontiers in Aging!" jurnalında dərc olunub. 

Araşdırma nəticəsində D vitamini xərçəng hüceyrələrinin çoxalmasının qarşısını aldığı bəlli olub. Elm adamları hesab etdilər ki, əslində D vitamini xərçəngin qarşısını almağa kömək etmir, onun inkişafını ləngidir və ölüm riskini azalda bilər.

 

Omeqa-3 doymamış yağ turşuları xərçəng hüceyrələrinin ölümünə səbəb olur. Omeqa-3 doymamış yağ turşuları iltihabı, hüceyrələrin çoxalmasını və anqioqenezi - yeni qan damarlarının əmələ gəlməsini boğaraq xərçəngin inkişafının qarşısını ala bilir. 

 

Fiziki məşq immuniteti gücləndirir

Fiziki məşq uzunmüddətli sağlamlıq üçün faydalıdır və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. İdman iltihabı yatırıb, immunitet funksiyasını yaxşılaşdırmaqla xərçəng riskini azaldır. Tədqiqat iştirakçıları üç il ərzində üç aydan bir yoxlanılıb. Nəticədə D vitamini xərçəng riskini 24 faiz, omeqa-3 doymamış yağ turşuları 30 faiz, idman 26 faiz azaltdığı bəlli olub. Hər üç müalicə metodundan istifadə etmək isə xərçəng riskini təxminən 61 faiz azaldır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ