SON DƏQİQƏ
» » Elektrikli diş fırçalarının müsbət tərəfi nədir?

Elektrikli diş fırçalarının müsbət tərəfi nədir?

Tarix:

29-04-2022, 08:40

/ 1 669 dəfə oxundu.
Elektrikli diş fırçalarının müsbət tərəfi nədir?

Dişlərimizi fırçalamaq ağız boşluğumuzun və daxili orqanlarımızın sağlamlığı baxımından çox vacibdir. Çünki vaxtında təmizlənməyən dişlərin ətrafında yığılan bakteriyalar həm kariyesə, həm də müxtəlif xəstəliklərə yol aça bilər. Dişlərimizi fırçalayarkən fırça seçiminə, həmçinin fırçadan istifadə qaydasına necə diqqət edək? Klassik, yoxsa elektrikli fırçalardan istifadə etməyimiz məsləhətdir?

Bu barədə açıqlama verən həkim-stomatoloq Rəşad Xamıyev bildirib ki, istənilən halda gərəyindən artıq təzyiq dişlərdə patologiyaya səbəb ola bilər:

"Texnologiya bizə hər gün fərqli və işimizi asanlaşdıran alətlər təqdim edir. Lakin zamanla bunların patologiyalara səbəb olduğu aşkarlanır. Bu, təkcə stomatologiyada deyil, bütün sahələrdə belədir. Hər zaman klassika ən yaxşısıdır. Normal fırça ilə dişləri təmizləyərkən tam bəyaz olmasını düşünmək lazım deyil. Dişlərinizin üzərinə çayın ləkəsi də hopa bilər. Əsas odur ki, fırçanız diş ətinizə patoloji təsir etməsin”.

R.Xamıyev qeyd edib ki, dişləri sürətli və sərt şəkildə fırçalamaq diş ətinə ziyandır:

"Yumşaq fırçalardan və gel şəklində olan diş pastalarından istifadə edilməsi məsləhətdir. Düzdür, elektrikli fırçalarda təzyiq xəbərdarlığı sistemi var, lakin həddindən artıq təzyiqlə fırçalamaq diş ətində çökmə və ya zədələnməyə səbəb olur, yaralara yol açır. Hamımız düzgün diş fırçası seçimini və düzgün fırçalama texnikasını bilməliyik. "Ultra soft” və ya "soft” fırça seçimi hər zaman məsləhətdir. Orta sərtlikli diş fırçaları daha çox sağlam diş əti olan insanlara tövsiyə edilir. Həssaslıq şikayətləri və ya diş əti çəkilişləri olan insanlar yumşaq diş fırçası istifadə etməlidirlər. Ağız sağlamlığınızı və ehtiyaclarınızı nəzərə alaraq, diş həkiminizin sizə tövsiyə etdiyi fırçalara üstünlük verin”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ