SON DƏQİQƏ

Su və duzun qan təziqinə təsiri necədir?

Tarix:

15-04-2022, 08:03

/ 1 315 dəfə oxundu.
Su və duzun qan təziqinə təsiri necədir?

Qan təzyiqini normallaşdırmaq üçün gündə azı 1,2 litr su içilməli, duzdan isə imtina edilməlidir

Bu barədə dietoloq, nutrisioloq Yevgeni Arzamastsev qan təzyiqində sıçrayışların qarşısını almaq barədə danışarkən bildirib.

 

Onun sözlərinə görə, su rejimi normallaşdırılmasa, insan az və ya yalnız bir dəfə içirsə, təzyiqdə oynamalar ola bilər.

"Bu, bədəndə hüceyrə daxilində və xaricində mayenin yenidən bölüşdürülməsi (buna görə təzyiqin oynaya biləcəyi) ilə izah olunur. Nəticədə təzyiq bir gün normal, ertəsi gün anormal olur”, - deyə Arzamastsev izah edib.

Diyetoloqun sözlərinə görə, müntəzəm olaraq lazımi miqdarda su istehlak edilsə, o zaman mayenin yenidən bölüşdürülməsinə cavabdeh olan hormonlar da sabitləşməyə başlayacaq.

Arzamastsev həmçinin duzdan imtina etməyə çağırıb, çünki duz mayeni bədəndə saxlayır.

"Onu rasiondan xaric etdikdən sonra artıq maye orqanizmi kifayət qədər yaxşı tərk edir, dövran edən qanın həcmində azalma olur, bunun fonunda da təzyiq azalır”, - deyə o, vurğulayıb.

Bundan əlavə, kalium və natriumla zəngin qidalar bədəndəki maye balansına cavabdeh olduğu üçün qan təzyiqini azaldır. Belə qidalara banan və quru meyvələr daxildir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ