SON DƏQİQƏ
» » Cipslərin dəhşətli yeddi təhlükəsi açıqlandı

Cipslərin dəhşətli yeddi təhlükəsi açıqlandı

Tarix:

8-04-2022, 08:09

/ 1 643 dəfə oxundu.
Cipslərin dəhşətli yeddi təhlükəsi açıqlandı

Kartof çipslərinin müntəzəm istehlakının piylənmədən sonsuzluğa qədər yeddi təhlükəli nəticəsi açıqlanıb.

Bu barədə "Eat This, Not That!” çoxsaylı elmi araşdırmalara əsaslanaraq xəbərdarlıq edib.

 

Klivlend Klinikası və Harvard Tibb Məktəbinin araşdırmalarına görə, çipslərdən sui-istifadə qan təzyiqinin artmasına səbəb ola bilər. Məşhur qəlyanaltının yüksək duz tərkibi natrium səviyyəsini pozur, bu isə əqli zəiflik və ya ürək problemlərinə səbəb ola bilər.

Bundan əlavə, Amerika Xərçəng Assosiasiyasının məlumatına görə, işlənmiş qidalar, o cümlədən kartof çipslərində olan akrilamid adlı kanserogen kimyəvi maddə xərçəngə səbəb ola bilər.

"Science Daily” yazır ki, çipslərin tərkibində olan akrilamidlər yüksək miqdarda xolesterin ehtiva etdiyi üçün ürək xəstəliklərinə də səbəb ola bilər və insult riskini artırır.

Sinqapur Milli Universitetinin araşdırmasına görə, kartof çipslərindəki transyağlar qadınlarda sonsuzluq riskini artırır. Harvard Tibb Məktəbinin alimləri də eyni nəticəyə gəliblər.

Avstraliyanın Dikin Universitetinin mütəxəssisləri xəbərdarlıq edirlər ki, dad əlavələri və yüksək miqdarda duz müəyyən şəkildə reseptorlara təsir edərək, bu məhsulu böyük miqdarda istehlak etməyə məcbur edir ki, bu da piylənməyə səbəb ola bilər.

ABŞ Milli Tibb Kitabxanasının əməkdaşları müəyyən ediblər ki, çipslərdən sui-istifadə depressiyanın inkişafına səbəb ola bilər. Buna görə də duzlu kartof çipsləri yerinə daha sağlam qəlyanaltı axtarmaq tövsiyə edilir.oxu.az

скачать dle 12.1

Şərhlər