SON DƏQİQƏ
» » Hansı meyvə və tərəvəzləri biryerdə saxlamaq olmaz?

Hansı meyvə və tərəvəzləri biryerdə saxlamaq olmaz?

Tarix:

29-03-2022, 08:32

/ 1 289 dəfə oxundu.
Hansı meyvə və tərəvəzləri biryerdə saxlamaq olmaz?

Mütəxəssislərin fikrincə, meyvə və meyvələr etanol istehsal etməyə qadirdir. Bu maddə məhsulların yetişməsi zamanı əmələ gəlir.

Etanola həssas məhsullar da var ki, onlar bu qazın təsirilə xarab ola bilər. Buna görə də, həmin məhsulları etanol istehsal edən və meyvələrdən uzaq saxlamaq lazımdır.

Məsələn, alma çox miqdarda etilen ifraz etdiyi üçün digər məhsullardan ayrı saxlanmalıdır.

Avokadonu soyuducuda üç-dörd gundən çox olmayaraq saxlamaq məsləhətdir. Manqo soyuducuda üç - yeddi gün, dondurucuda isə altı - səkkiz ay qala bilər.

Armud otaq temperaturunda bir-iki, soyuducuda üç-beş gün, dondurucuda isə iki ay "yaşayır”. Bu müddətlər gavalı və şaftalı üçün də eynidir.

Çiyələk soyuducuda iki-üç gün, dondurucuda 8-12 ay qala bilər.

Pomidorlar da ayrı yerdə, digər məhsullardan uzaqda saxlanmalıdır. Onlar soyuducuya qoymamaq daha yaxşıdır, belə ki, bu, pamidorun dadına mənfi təsir göstərir.

Onu da qeyd edək ki, brokkoli (etilenin təsirindən 50 faiz daha tez xarab olur), yerkökü (etilenə görə acılaşırr), xiyar (etilendən saralır, tez xarab olur), banana, yarpaqlı bitkilər (kahıda, ispanaqda ləkələr əmələ gəlir, tərəvəzlərin rəngi dəyişir), soğan (etilenə görə cücərib çürüyə bilər) da ayrı saxlansa daha uzun müddət təravətli qalar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ