SON DƏQİQƏ
» » Azərbaycanda yayılan göz xəstəliklərinin səbəbi nədir?

Azərbaycanda yayılan göz xəstəliklərinin səbəbi nədir?

Tarix:

10-03-2022, 20:35

/ 2 377 dəfə oxundu.
Azərbaycanda yayılan göz xəstəliklərinin səbəbi nədir?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan yaxın və uzağa görmə problemi yaşayır. 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur deyib. həkimin sözlərinə görə, onların 1 milyarddan çoxu profilaktika və ya müalicə edilməməsinin nəticəsidir:

"Buna misal olaraq miopiya, qlaukoma, sarı ləkə xəstəliyi, katarakta və bir çox xəstəlikləri aiddir. Hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların 70%-dan çoxunda başlanğıc katarakta mövcuddur.

 T.Qəlbinur əhali arasında daha geniş yayılan göz xəstəliyindən də danışıb:

"5-30 yaş arası fərdlərdə daha çox miopiya (yaxından görmə və hipermetropiya (uzaqdan görmə) geniş yayılıb. Eynək və kontakt linzalar miopiyanın ən geniş yayılmış müalicə üsuludur. Bu üsullar miopiyanın dərəcəsini azaltmır, lakin görməni yaxşılaşdırır. Bunlardan imtina edənlərə lazer korreksiyası təklif edilir.

40 yaşdan yuxarı olan şəxslərdə daha çox katarakta və diabetik retinopatiya daha geniş yayılıb. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir.

60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula degenerasiyası) daha geniş yayılıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ