SON DƏQİQƏ
» » Tərxun, limon və bal qarışığının inanılmaz faydası

Tərxun, limon və bal qarışığının inanılmaz faydası

Tarix:

5-03-2022, 14:36

/ 2 244 dəfə oxundu.
Tərxun, limon və bal qarışığının inanılmaz faydası

TƏRXUN, LİMON, BAL - virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir

Yovşan cinsinə mənsub olan tərxun bitkisi dadlı olduğu qədər də faydalıdır. Həm limonun, həm tərxunun faydalarını nəzərə alaraq  ev şəraitində sizlərə belə bir  çox yaxşı təbii immunostimulyator hazırlamağı tövsiyyə edirəm  :

1 orta böyüklükdə limon sıxlır 2 stəkan su əlavə olunur. 15- 20 ədəd tərxun doğranılır və hamısı birlikdə blenderden keçirilir. Daha sonra (Şəkər xəstələri istisna olmaqla) 1 xörək qaşığı bal əlavə olunur. Gündə  3 dəfə olmaqla, hər yeməkdən 1 saat əvvəl 100 ml içilir. Müalicə kursu 2 həftədir.

  Qeyd etdiyim kimi bu iki məhsulun qarışığı çox yaxşı immunostimulyator olub orqanizmdə virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir.

Qarışım  həm də mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır.  
 Bəzi maddələr var ki, onlar damarların sağlamlığını qoruyur, damarların divarlarını möhkəmləndirir, damar xəstəliklərinin inkişafını əngəlləyir. Bu maddələr C və P vitaminləridir. Limon C , tərxun isə P vitamini ilə zəngin olduğundan bu iki tərkibdən təşkil olunmuş qarışım da damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.

Bundan başqa bu qarışım sidikqovucu xassəyə malikdir, həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.

 Qaraciyər piylənməsi olan insanlar üçün əvəzedilməzdir. Məhlulun qəbulu həm qaraciyəri təmizləyir, həm də qaraciyər və qarın bölgəsindəki piy toxumasının parçalanmasına kömək edir.

 Uzun müddət qəbulu insanın dərisinin təravətləndirir, qırışları azaldır, kapılyar tutulmalarını aradan qaldıraraq dərinin rəngini bərpa edir.

 14 günlük qəbul olunur,  10- 15 gün fasiləfən sonra yenidən davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ