SON DƏQİQƏ

Bu qidalar yuxu keyfiyyətini yaxşılaşdırır

Tarix:

12-02-2022, 08:16

/ 1 347 dəfə oxundu.
Bu qidalar yuxu keyfiyyətini yaxşılaşdırır

Yeməklər yuxuya müdaxilə edə və keyfiyyətini artıra bilər". 

Bunu qidalanma mütəxəssisi Lola Biggs (Böyük Britaniya) deyib.

O qeyd edib ki, qidalar sirkadiyalı ritmlərin intensivliyinə, gündüz və gecə ardıcıllığı ilə əlaqəli bioloji proseslərin intensivliyinə təsir göstərə bilər:

"Triptofan amin turşusundan sintez edilən melatonin hormonu ilə tənzimləndikləri üçün triptofan olan qidalar yemək daha yaxşı yatmağa kömək edir. Bu maddənin əsas qaynağı toyuq ətidir. Sözügedən maddə küncüt, yulaf və süddə də var".

 
 

Biggs deyib ki, yalnız triptofan deyil, omeqa-3 və doymamış yağ turşuları da melatonin sintezinə təsir göstərir.

Mütəxəssis bu maddələrin deposunu artırmaq üçün sardalya, hamsi, uskumru və qızılbalıq kimi yağlı balıqları diyetə daxil etməyi məsləhət görür. Axşam saatlarında qoz-fındıq, xüsusən badam və püstə çeynənilməlidir. Yuxuya müsbət təsir etdiyi bilinən təzə albalı yeməlisiniz

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ