SON DƏQİQƏ

Qızılgül ləçəklərindən müalicəvi çay

Tarix:

15-11-2021, 08:38

/ 1 326 dəfə oxundu.
Qızılgül ləçəklərindən müalicəvi çay

Qızılgül ləçəklərindən çox faydalı çay hazırlamaq olar.

Bunun üçün 1 x.q. təzə qızılgül ləçəkləri 1 stəkan (200 ml) isti suda 30 dəqiqə ərzində dəmlənilir (bunu termosda etmək daha yaxşıdır), süzülür və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla adi çay kimi içilir.

Bu çay çox dadlı, ətirli, faydalı və müalicəvi içkidir:
- sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, stressi və əsəbiliyi azaldır, əhvalı yaxşılaşdırır
- ürək əzələsini möhkəmləndirir
- təzyiqi aşağı salır
- bağırsaqlara antiseptik təsir edir - mikrobları öldürür
- stomatiti müalicə edir
- arıqlamağa kömək edir
- qurdları öldürür
- orqanizmi cavanlaşdırır
- dərinin vəziyyətini yaxşılaşdırır
- qalxanvari vəzi üçün faydalıdır
- immun sistemini möhkəmləndirir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ