SON DƏQİQƏ

Yatanda ağızdan su gəlməyin səbəbləri

Tarix:

2-10-2021, 08:25

/ 2 330 dəfə oxundu.
Yatanda ağızdan su gəlməyin səbəbləri

Ağız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.

Ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.

Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.

Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.medicina.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ