SON DƏQİQƏ

Vaksin uşaqlar üçün təhlükəlidir?- AÇIQLANDI

Tarix:

22-09-2021, 08:40

/ 3 750 dəfə oxundu.
Vaksin uşaqlar üçün təhlükəlidir?- AÇIQLANDI

ABŞ-da avqust ayından bəri COVID-19 uşaqlar arasında sürətlə yayılmağa başlayıb.

Bu barədə "Pfizer” şirkətinin rəhbəri Albert Burla danışıb.

O bildirib ki, əhalinin sağlamlığını qorumaq üçün uşaqların vaksinasiya prosesi gücləndirilməlidir: "Sübut edildi ki, koronavirus əleyhinə vaksinin aşağı dozası 5-11 yaşlı uşaqlar üçün təhlükəsiz və effektivdir. Sınaqların nəticələri istehsal etdiyimiz vaksinin 5-11 yaşlı uşaqlar üçün istifadəsinə icazə verilməsinə əsaslı zəmin yaradır. Biz bu nəticələri ABŞ-ın Ərzaq məhsullarına və dərmanlara sanitar nəzarəti idarəsinə və digər hökumət orqanlarına təcili şəkildə təqdim etməyi planlaşdırırıq”.

 

"BioNTech”in təsisçisi professor Uğur Şahin isə qeyd edib ki, qış mövsümü başlamazdan əvvəl vaksinin məktəbli uşaqlar üçün təhlükəsiz olduğunu müəyyən etmək yoluxmanın qarşısının alınmasında təsirli olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ