SON DƏQİQƏ
» » Saçları sürətlı uzadan bu məhlulu mütləq yoxlayın

Saçları sürətlı uzadan bu məhlulu mütləq yoxlayın

Tarix:

10-09-2021, 14:56

/ 3 806 dəfə oxundu.
Saçları sürətlı uzadan bu məhlulu mütləq yoxlayın

Günəşin və dənizin mənfi təsirləri nəticəsində saçlar yay aylarında quruyur və tez qırılır. Bu səbəbdən xanımların böyük bir hissəsi qısa saç kəsimlərinə yönəlir. Onların uzanması isə xeyli vaxt aparır.

İnqrediyentlər:

1 ədəd yerkökü, 1 çay qaşığı kokos yağı, 1 çay qaşığı küncüt yağı, 3 diş sarımsaq, 1 stəkan su.

Hazırlanması və tətbiqi:

Yerkökünü yuyub sürtgəcdən keçirin. Sarımsaqları soyub əzin və ya onu da sürtgəcdən keçirin. Yerkökü və sarımsağı kasaya töküb, üzərinə bir stəkan su əlavə edin. Maskanı zəif odda 20 dəqiqə qaynadın. Sonra qazanın soyumasını gözləyin.

Suyu süzüb maskanı saça çəkin və başınızı streçlə bağlayın. 1-2 saatdan sonra saçları ilıq su və şampunla yuyub qurudun.

Saçlarını uzatmaq istəyənlər bilməlidir ki, bu maska həftədə 1 dəfə edilməlidir. Təbii məhsullardan hazırlanan bu maska həm saçları uzadacaq, həm də yumşaldıb parıltı qazandıracaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ