SON DƏQİQƏ

Radikulitin MÜALİCƏSİ

Tarix:

7-09-2021, 13:46

/ 2 716 dəfə oxundu.
Radikulitin MÜALİCƏSİ

Tozağacı yarpağını xırdalayıb qaynadır,pambığa hopdurub rematizim sahələrini silir və həmin məlhəmlə sarğı qoyurlar.Sarğı axşam,səhər dəyişdirilir. Bu rematizim üçün xeyirli hesab edilir.
Qıtırotu bitkisinin kökünü xırda - xırda doğrayırlar,bir qədər su əlavə edib qaynadırlar.Bu sıyığı gündə 2 dəfə radikulit əziyyət verdiyi nahiyəyə yaxıb sarıyırlar. Bir neçə gündən sonra radikulit sovuşur.
Adi giləzəhər bitkisinin köklərini xırda - xırda doğrayırlar və ondan 30 qr.götürüb 1 stəkan suda 15-20 dəqiqə dəmləyirlər.Onu gündə iki dəfə axşam və səhər radikulit olan nahiyəyə sürərək isti parça ilə bağlayırlar.
Radikulitin müalicəsində belə bir qarışıq da faydalı hesab edilir: yarım stəkan turp şirəsinə bir stəkan bal,yarım stəkan araq və bir xörək qaşığı duz qataraq möhkəm qatışdırılır.Bu maz axşam yatmazdan əvvəl və səhər radikulit nahiyəsinə yaxıb üstünə sellofan qoyub isti parça ilə sarıyırlar.
Rəsmiyyə HEYBƏTAĞAQIZI
GunAz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ