SON DƏQİQƏ

Yaşlanma ilə mübarizə aparan ən faydalı bitki

Tarix:

28-08-2021, 19:02

/ 4 273 dəfə oxundu.
Yaşlanma ilə mübarizə aparan ən faydalı bitki

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir.

Bitkinin bu xüsusiyyətləri barədə tibb elmləri doktoru Vladimir Podxomutnikov danışıb.

"Giləmyevə daha bir keyfiyyətə malikdir, içində olan K vitamini kalsiumun maksimum mənimsənilməsini təmin edir. Başqa bir vacib məqam kalium və maqnezium ehtiva etməsidir. Bu iki mikroelementin birləşməsi ürəyin yaxşı ritmik olmasını təmin edir” , - ekspert qeyd edib.

Giləmeyvə qan zəhərlənməsi və ya peritonitə səbəb olan bakteriyalarla mübarizə aparmağa kömək edir. Alim giləmeyvənin dondurulmuş vəziyyətdə saxlanmalı olduğunu bildirib. Onun sözlərinə görə, lonisera kaerulea isti temperaturda xüsusiyyətlərini itirir, odur ki, mürəbbə hazırlayarkən temperaturu izləmək vacibdir.

Giləmeyvədəki antioksidanlar beynin, ürəyin, qaraciyərin və qan damarlarının vəziyyətinə faydalı təsir göstərərək bədənin yaşlanmasını yavaşlatmağa kömək edir. Eyni zamanda, antioksidant təsiri baxımından lonisera kaerulea ən yaxşı antioksidant sayılan böyürtkən, çiyələk, moruq, mərcanı və qarağatı bir neçə dəfə qabaqlayır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ