SON DƏQİQƏ
» » Yeni virusa yoluxanların sayı durmadan artır- TƏHLÜKƏ NƏ QƏDƏRDİR?

Yeni virusa yoluxanların sayı durmadan artır- TƏHLÜKƏ NƏ QƏDƏRDİR?

Tarix:

13-07-2021, 20:56

/ 4 222 dəfə oxundu.
Yeni virusa yoluxanların sayı durmadan artır- TƏHLÜKƏ NƏ QƏDƏRDİR?

Ağcaqanad dişləməsi ilə insanlara yoluxan "Zika” virusu Hindistanda 14 nəfərdə aşkarlanıb.

Musson yağışlarından təsirlənən bölgə ərazisi "Aedes aegypti” ağcaqanadlarının yaşam zonasına çevrilib. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Onlar virusun ilk dəfə 28 iyun tarixində xəstəxanaya müraciət edən 24 yaşlı hamilə bir qadında görüldüyünü açıqlayıblar.

Qan və cinsi əlaqə, həmçinin ağcaqanad dişləməsi ilə yoluxduğu ortaya çıxan Zika virusuna ilk dəfə 1947-ci ildə Uqandanın "Zika” meşələrində meymunlarda rast gəlinib.

Virusun qızdırma, göz qızarması, qusma, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomları mövcuddur.

Qeyd edək ki, xəstəliyin müəyyən bir profilaktikası və ya peyvəndi yoxdur.

скачать dle 12.1

Şərhlər